PİM.az
pim.az
← Bloqa qayıt

CV-də yazılan bacarıqla real bacarıq eynidir?

CV-də yazılan bacarıqla real bacarıq eynidir?

İş axtaranların CV-lərində tez-tez eyni ifadələrə rast gəlirik:

• Komandada işləmək bacarığı

• Yüksək ünsiyyət qabiliyyəti

• Problemləri həll etmək bacarığı

• Məsuliyyətlilik və operativlik

Bəs işəgötürən bu bacarıqların həqiqətən mövcud olduğunu necə müəyyən edə bilər?

Namizədin hansı bacarıqlara sahib olduğunu qeyd etməsi vacibdir. Lakin həmin bacarıqlardan harada, necə istifadə etdiyini və hansı nəticələri əldə etdiyini göstərməsi daha böyük əhəmiyyət daşıyır.

Məsələn, “komandada işləməyi bacarıram” yazmaq əvəzinə, iştirak etdiyi layihəni, komandadakı rolunu və əldə etdiyi nəticələri təqdim etmək daha inandırıcıdır.

İşə qəbul prosesində yalnız nə bildiyimiz deyil, bildiklərimizi necə tətbiq etdiyimiz də əhəmiyyətlidir.

PIM.az-ın Karyera Portfeli namizədlərə təhsilini, iş təcrübəsini, bacarıqlarını və peşəkar fəaliyyətini daha ətraflı təqdim etmək imkanı yaradır.

Bəs CV-də və ya Karyera Portfelində qeyd etdiyiniz bacarıqları praktik tapşırıqlar, testlər və ya peşəkar qiymətləndirmə vasitəsilə təsdiqləmək imkanınız olsaydı?

Belə bir yanaşma namizədlərə bilik və bacarıqlarını daha inandırıcı şəkildə nümayiş etdirməyə, işəgötürənlərə isə namizədləri daha obyektiv qiymətləndirməyə kömək edə bilər.

Bacarıqlarınızı təsdiqləmək üçün PIM.az-ı izləyin! Yaxın zamanda bununla bağlı təkliflər təqdim ediləcək.

Sizcə, işə qəbul zamanı namizədin bacarıqlarının ayrıca qiymətləndirilməsi nə dərəcədə faydalı olar?

🌐 www.pim.az

Müəllif: Samir Ağayev 29 baxış